RU

Oruc Zalovun polkovnik oğlu vəzifəsindən AZAD EDİLDİ

Dövlət Gömrük Komitəsinin Daxili Təhlükəsizlik İdarəsinin rəisi, polkovnik Rəşad Zalov vəzifəsindən azad edilib.

"Bakuinfo" Bakupost.az-a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov müvafiq əmr imzalayıb. Rəşad Zalovun təqaüdə göndərildiyi bildirilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin rəsmi saytında (https://customs.gov.az) Rəşad Zalovla bağlı məlumatlar artıq silinib.

R.Zalov 18 mart 1980-ci ildə anadan olub. O, 1996-cı ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb. O, Azərbaycan Respublikası daxili işlər nazirinin sabiq müavini (1998-2022), polis general-leytenantı Oruc Zalovun oğludur.

Избранный
6
32
bakuinfo.net

10Источники