RU

Zelenski Fitsoya rüşvət təklif edib? - Slovakiya Baş nazirindən ilginc iddia

Slovakiya ilə Ukrayna arasında Rusiya qazının tranziti məsələsində yaranan narazılıq getdikcə daha kəskin xarakter almağa başlayır.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Slovakiyanın Baş naziri Robert Fitsonun iddiasına görə, Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın NATO-ya üzvlüyünə dəstək verməsi müqabilində ona Rusiya aktivlərindən 500 milyon avro rüşvət təklif edib.

Fitso iddia edir ki, Avropa İttifaqı sammitində Zelenski ilə görüş zamanı Slovakiyanın Rusiya qazının tranzitinin dayandırılması ilə bağlı maliyyə itkilərini müzakirə ediblər. “Politico” nəşri bununla bağlı yazır: “Fitso Zelenskiyə Slovakiyanın qaz tranzitinə görə ildə təxminən 500 milyon avro itirə biləcəyini söyləyib. Fitsonu dediyinə görə, “Ukrayna Prezidenti məndən 500 milyon avro Rusiya aktivini versə, Ukraynanın NATO üzvlüyünə səs verib-verməyəcəyimi soruşdu. Təbii ki, dedim: “Heç vaxt””.

Fitso jurnalistlərə bildirib ki, Zelenskinin bağlı qapılar arxasında səsləndirdiyi təkliflər “absurd”dur və Ukrayna Slovakiyanın timsalında Aİ üzvünün iqtisadiyyatına zərər vurur: “Prezident Zelenski sayəsində açıq şəkildə qaz böhranı ilə üzləşirik”.

“AzPolitika.info”

Избранный
16
1
azpolitika.info

4Источники