İki ölkə əsrlər boyu bir-birinə yaxın coğrafiyada yerləşərək müxtəlif sahələrdə əməkdaşlıq etmişdir. Sovet İttifaqı dövründə qurulmuş sıx münasibətlər müstəqillik illərində yeni çalarlar qazanmışdır. Rusiya və Azərbaycan Prezidentləri və digər yüksək vəzifəli şəxsləri arasında mütəmadi görüşlər tərəflər arasındakı siyasi dialoqun intensivliyini göstərən vacib faktorlardan sayılır.
Qeyd etməliyik ki, hər iki ölkə BMT, MDB və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. Bu gun Rusiya regionda sülhməramlı missiya ilə çıxış edir və Azərbaycanla balanslı mövqeyini qorumaqdadır. Iki ölkə arasında mövcud münasibətlərin daha da dərinləşdirilməsi üçün böyük potensial var. Xüsusilə texnologiya, ekologiya və turizm sahələrində əməkdaşlıq imkanları genişdir. Regional inteqrasiya proseslərində birgə səylər, həm Azərbaycanın, həm də Rusiyanın maraqlarına xidmət edir. Bu mənada Rusiya və Azərbaycan arasındakı münasibətlər qarşılıqlı etimad və strateji tərəfdaşlıq üzərində qurulmuşdur.
Bu əlaqələr iki ölkənin milli maraqlarını qorumaqla yanaşı, regional sabitliyə də töhfə verir. Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamənin imzalanması, həm Rusiya, həm də Azərbaycan tərəfindən iki ölkə arasında strateji münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində atılan ən mühüm siyasi addımlardan biridir. Bu sənəd regionda sabitlik, təhlükəsizlik və qarşılıqlı etimadın gücləndirilməsi məqsədilə iki dövlət arasında siyasi, iqtisadi, təhlükəsizlik və mədəni sahələrdə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsini nəzərdə tutur. Bu Bəyannamə iki ölkə arasında münasibətlərin qarşılıqlı etibar və bərabər hüquqlu əməkdaşlıq əsasında yeni bir mərhələyə keçməsinin rəmzi olaraq qiymətləndirilir. Sənədin əsas məqsədi regional və beynəlxalq müstəvidə əməkdaşlığın möhkəmləndirilməsi, ikitərəfli münasibətlərin inkişafında strateji maraqların qorunması, müxtəlif sahələrdə inteqrasiyanın genişləndirilməsidir. Qeyd etməliyik ki, Bəyannamənin imzalanması regionda sabitliyin qorunması və təhlükəsizlik məsələlərinin həllində yeni mexanizmlərin tətbiqinə şərait yaradır.
Bu, həm Azərbaycan, həm də Rusiyanın regional liderliyini təsdiqləməklə yanaşı, digər tərəfdaş ölkələr üçün də konstruktiv əməkdaşlıq nümunəsi yaradır. Xüsusilə Cənubi Qafqaz regionunda iqtisadi və geosiyasi sabitliyin güclənməsi üçün bu sənədin vacibliyi vurğulanmalıdır. Bu sənədin imzalanması Azərbaycan və Rusiyanın müasir beynəlxalq münasibətlər sistemində strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bəyannamə, xüsusilə Qərb və regional güclərin regionda təsirini artırmaq istədiyi bir dövrdə, Azərbaycanın Rusiya ilə strateji əməkdaşlığı daha da gücləndirdiyini nümayiş etdir. Möhtərəm Prezident cənab İlham Əliyev 17 dekabr tarixində Rusiya Federasiyasının nüfuzlu “Rossiya Seqodnya” beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibəsində ölkəmizi, region, ümumilikdə dünyanı düşündürən bir çox məqamlarla yanaşı iki ölkə arasında bu gün olan münasibətlərin səviyyəsinə də xüsusi diqqət çəkdi. Hazırda yaxşı qonşuluq, tərəfdaşlıq, dostluq əlaqələrimizin inkişaf etdiyi Rusiya ilə münasibətlərimizin ən yüksək səviyyədə, etimad, qarşılıqlı inam şəraitində olması hər iki ölkənin maraqlarına tam cavab verir. Bəli, bu həqiqətən də belədir ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, həm Rusiya, həm də NATO ilə tərəfdaşlıq edir. Əlbəttə ki, balanslı mövqe tutmaq üçün etibarlı tərəfdaş, müstəqil siyasət yürüdən dövlət olmalısan. Bütün bunlar isə məhz cənab Prezident İlham Əliyevin dərin düşünülmüş siyasətinin nəticəsidir.
Orxan Mikayılov;
Neftçala rayonu, Vətən Müharibəsi qazisi