RU

Ermənistanda xəstələr də hərbi xidmətə çağırılacaq - Nə baş verir?

Ermənistan hakimiyyətinin səhhətində problem olan çağırışçılara artıq möhlət vermək deyil, onları nisbətən yüngül hərbi xidmət növlərinə göndərmək qərarı ölkənin səfərbərlik imkanları və resurslarının zəif olması ilə bağlıdır.

Publika.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Mənim şərəfim var” müxalifət fraksiyasından olan deputatı, müdafiə və təhlükəsizlik komissiyasının üzvü Tiqran Abramyan deyib.

Hökumətin dekabrın 19-da keçirilən iclasında müəyyən xəstəlikləri olan çağırışçıların hərbi xidmətə qismən yararlı kimi tanınmasına dair qərar təsdiq edilib. Dəyişikliklər ruhi, endokrin və ya tənəffüs xəstəliklərinin orta ağır forması olan çağırışçılara aiddir. Əvvəllər belə hallarda bir illik möhlət verilirdi, lazım gələrsə, uzadılırdı. İndi sağlamlıq imkanları məhdud olan çağırışçılar yüksək fiziki hazırlıq tələb olunmayan hissələrə xidmətə göndəriləcək.

Abramyanın fikrincə, səhhətində müəyyən problemlər olan insanlar buna baxmayaraq hərbi xidmətə götürülsünlər, lakin bilavasitə döyüş vəzifəsinə aid olmayan tapşırıqları yerinə yetirsinlər. O hesab edir ki, bu sahədə bəzi korrupsiya riskləri, qohumbazlıq və proteksionizm halları yarana bilər.

Избранный
36
1
publika.az

2Источники