RU

Süni zəka insan beyni ilə rəqabət aparır

Böyük dil modellərindən (LLM) ən məşhuru ChatGPT sürətlə inkişaf edir. O, dil emalı alqoritmidir, geniş çeşidli sualları başa düşmək və cavablandırmaq, mövzular üzrə dəqiq və faydalı məlumat çatdıra bilmək gücündədir. Alqoritm təbii dili emal etmək və anlamaq üçün qabaqcıl neyron şəbəkəsindən istifadə edir, istifadəçilərlə əlaqə saxlamağa və faydalı cavablar təqdim etməyə imkan verir. 

Son bir neçə ildə bu alqoritm insan dilini daha yaxşı emal edir və yaradır. Bu irəliləyişlərə baxmayaraq, onların sinir proseslərini nə qədər dəqiq simulyasiya etdikləri sualı açıq qalıb. Kolumbiya Universiteti və Feinstein Tibb Tədqiqatları İnstitutunun alimlərinin apardıqları araşdırmalar göstərdi ki, dil nümunələri inkişaf etdikcə, onlar nəinki daha yaxşı göstəricilər nümayiş etdirir, həm də insan beyninə daha çox bənzəyir. 

Araşdırmalar zamanı LLM-nin hansı xüsusi təbəqələrinin dilin işlənməsi üçün cavabdeh olan müxtəlif beyin bölgələri ilə daha sıx əlaqəli olduğuna xüsusi diqqət yetirilib. Məlumdur ki, beynimizdə nitqin işlənməsi səsin akustik xüsusiyyətlərini təhlil etməklə bərabər, fonemləri tanımağa və nəhayət, sözlərin və cümlələrin mənasını başa düşməyə qədər mərhələlərlə baş verir. 

Araşdırmaların nəticələri onu da göstərdi ki, chatbotlar təkmilləşdikcə suallara daha yaxşı cavab verir, onlar beynin sinir reaksiyalarına daha çox bənzəyir. Ən qabaqcıl modellərdə bu oxşarlıq qabarıq şəkildə özünü göstərir. Onların strukturu getdikcə beyində baş verən proseslərin iyerarxiyasına uyğun gəlir. ChatGPT geniş çeşidli sualları cavablandıra və müxtəlif mövzularda ətraflı məlumat verə bilir. Bildirilib ki, dəqiq və faydalı cavab almaq üçün sualların aydın, konkret və birmənalı şəkildə tərtib edilməsi vacibdir. Bir sözlə, ChatGPT müxtəlif mövzular və sahələr üzrə dəqiq və müvafiq məlumat əldə etməyə kömək edən inanılmaz dərəcədə faydalı və güclü vasitədir.

Alimlərin fikrincə, beynin işləmə mexanizmi hələ də sirr olaraq qalır. Süni intellekt tədqiqatları nəinki sinir proseslərini daha yaxşı başa düşməyə kömək edə, həm də onun təkmilləşdirilməsi üçün beynin necə işlədiyinə dair biliklərdən istifadə edə bilər.

PÜNHAN 
XQ

 

Избранный
17
xalqqazeti.az

1Источники