RU

Çinlə turizm əməkdaşlığı genişlənir

Azərbaycan Turizm Bürosu “Trip.com Group”un Birləşmiş Ərəb Əmirliklərinin Əbu Dabi şəhərində keçirilən Qlobal Tərəfdaşlar Sammitində 60 müxtəlif turizm məkanı arasında “Ən yaxşı qlobal partnyor” və “İlin əla  partnyoru” mükafatlarına layiq görülüb.

Beynəlxalq sammitdə dünya üzrə 2 mindən çox turizm sahəsi mütəxəssisi iştirak edib.

Dövlət Turizm Agentliyindən aldığımız məlumata görə, 1990-cı ildə təsis edilmiş  “Trip.com Group” Çinin səyahət üzrə ən böyük holdinqidir. Onun “Ctrip”, “Qunar”, “Trip. com” və “Skyscanner” kimi bir sıra səyahət xidməti markaları var və qlobal miqyasda turistlərə xidmət göstərir.

Bu ilin sentyabr ayında turizm sahəsində  əməkdaşlığı gücləndirmək məqsədilə  “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Turizm Bürosu və “Trip.com Group” arasında Anlaşma Memorandumu imzalanıb. Sənəddə Azərbaycanı çinli səyahətçilər  üçün cəlbedici istiqamət kimi tanıda biləcək “Trip.com “, “Ctrip”, “Qunar” və digər platformalardan aktiv şəkildə istifadə edilməsi nəzərdə tutulub.

 Çin turizm sənayesinin Azərbaycanda məlumatlılığını genişləndirmək və bu ölkənin bazarında iştirakı gücləndirmək məqsədilə Azərbaycan Turizm Bürosunun  Təşkilatçılığı ilə 18–24  sentyabrda Şençjen, Şanxay, Çenqdu və Pekin şəhərlərində silsilə təqdimat tədbirləri keçirilib.

2024-cü ilin yanvar–noyabr ayları ərzində Çindən Azərbaycana səfər edənlərin sayı 42 min 374 nəfər təşkil edib ki, bu da 2023-cü illə müqayisədə iki dəfəyə yaxın artım deməkdir.

Qəzənfər QASIMOV 
XQ 

 

Избранный
5
10
xalqqazeti.az

10Источники