RU

Nüsrət İbrahimov: Palatanın formalaşmasında əsas məqsəd qiymətləndirmə bazarının təşkili və tənzimlənməsidir

Palatanın formalaşmasında əsas məqsəd qiymətləndirmə bazarının təşkili və tənzimlənməsidir. Bilirsiniz ki, bazarın struktur bölmələri var və bu bölmələr arasında əlaqələr formalaşmalıdır, mexanizmlər qurulmalıdır və Palatanın da qarşında qoyulan vəzifələr əsasən mövcud obyektlər və subyektlərin, bazarın mexanizmlərin, infrastrukturunun işlək halda inkişaf etdirilməsidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Qiymətləndiricilər Palatasının İdarə Heyətinin sədri Nüsrət İbrahimov jurnalistlərə müsahibəsində deyib.

N.İbrahimov, həmçinin vurğulayıb ki, qiymətləndiricilər doqquz sahə üzrə fəaliyyət göstərirlər: “Onlar qanunun tələblərindən irəli gələrək Dövlət İmtahan Mərkəzində 9 sahə üzrə imtahan verməlidirlər. Onların 2-sini artıq biz keçmişik. Növbəti imtahan yanvarın 30-a planlaşdırılır”.

Избранный
2
1
xalqqazeti.az

2Источники