Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) 50 illikyubileyi ərəfəsində məzunlarla keçirilən görüş universitetintarixində əlamətdar hadisə ilə yadda qalıb – MəzunAssosiasiyasının yaradılması qərara alınıb.
Universiteti müxtəlif illərdə bitirən 250-dən çox məzununiştirak etdiyi görüşdə ölkənin ictimai-siyasi həyatında mühüm roloynayan nüfuzlu şəxslər – AzMİU-nun fəxri məzunları da yeralıb.
Görüşdə əvvəlcə Dövlət Himni səsləndirilib, ulu öndər HeydərƏliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda edən əzizşəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən rektor professor Gülçöhrə MəmmədovaMəzun Assosiasiyasının yaradılmasının universitet üçün prioritetməsələ olduğunu vurğulayıb. Bu Assosiasiyanın məzunlarınuniversitet həyatında fəal iştirakını təmin edəcəyini, tələbələrləöz təcrübələrini bölüşmək, elmi-tədqiqat prosesinə töhfə vermək vəuniversitetin inkişafına dəstək olmaq baxımından geniş imkanlaryaradacağını bildirib.
Rektor əlavə edib ki, beynəlxalq akkreditasiya vəreytinq sistemləri məzunların universitetin həyatında rolunu xüsusiqiymətləndirir və bu baxımdan Assosiasiyanın yaradılması təhsilmüəssisəsi üçün zəruri addımdır: “20 il öncə MəzunlarAssosiasiyasını yaratmaq təşəbbüsünü irəli sürmüşdük. O dövrdə bu,reallaşmadı, lakin artıq cəmiyyət və təhsil sistemi buna hazırdır.İnanıram ki, Assosiasiya universitetin məzunlarla əlaqələrinigücləndirəcək və onların universitet həyatında daha fəal iştirakınıtəmin edəcək. Bu, müasir universitetlər qarşısında qoyulan ən vacibtələblərdəndir. Biz də bu Assosiasiyanı yaratmaqla bu tələbəadekvat cavab veririk”.
Rektor çıxışında universitetin keçdiyi 50 illik tarixi yoldan,son illər ərzində əldə olunan nailiyyətlər, beynəlxalquniversitetlərlə qurulan sıx əməkdaşlıqlardan danışıb. AzMİU-nunÜmummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 iyun 1975-ci ildəyaradıldığını, memarlıq və inşaat təhsili istiqamətində ölkəmizdəprofil universitet olduğunu söyləyib. Rektor qeyd edib ki, hazırdauniversitetdə 7 fakültə var. Fakültələrdə bakalavr səviyyəsində 27,magistr səviyyəsində 28 ixtisas və 70 ixtisaslaşma üzrə təhsilverilir. Universitetdə 12 mindən çox tələbə təhsil alır ki,onlardan 500-dən çoxu əcnəbi tələbələrdir. Onlara 600-dən artıqmüəllim dərs deyir ki, bu müəllimlərin yarıdan çoxu elmi dərəcəyəmalikdir.
Professor Gülçöhrə Məmmədova dünyanın nüfuzlu universitetləriilə aparılan ikili diplom proqramları, tələbə-müəllim mübadiləsi,elmi-tədqiqat istiqamətləri, beynəlxalq konfrasnların təşkili,beynəlmiləlləşmə üzrə görülən mühüm işləri diqqətə çatdırıb.Universitetdə fəaliyyət göstərən müasir laboratoriya bazalarındandanışarkən AzMiU ilə sıx əməkdaşlıq edən "BP", “Paşa İnşaat”,“Holcim”, “PMD” və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA)kimi nüfuzlu partnyor şirkət və təşkilatların rolunu ön planaçəkib, həmçinin digər tərəfdaşlara təşəkkürünü bildirib.
Rektor AzMİU-da tədris olunan ixtisasların nüfuzlu beynəlxalqakkreditasiyadan keçməsinin əhəmiyyətinə də toxunub və qeyd edibki, akkreditasiyalar universitetdə təhsilin keyfiyyətinin və dünyamiqyasında tanınmasının bir göstəricisidir.
Tədbirdə universitetin fəxri məzunları çıxış edərək tələbəlikillərini xatırlayıblar və AzMİU-nun onlara qazandırdığı bilik vətəcrübənin karyeralarındakı rolundan danışıblar. Doğmauniversitetlərində Məzun Assosiasiyasının yaradılması təşəbbüsünüyüksək qiymətləndirib, Assosiasiyanın fəaliyyətinə töhfə verməyəhazır olduqlarını bildiriblər.
Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini,AzMİU-nun fəxri məzunu Cavid Qurbanov çıxışında bunlarıbildirib: “AzMİU mənim gənclik həyatımda mühüm roloynayıb. Bu universitetdə əldə etdiyim biliklər, qazandığım dostlarmənim gələcək uğurlarımın əsasını təşkil edib. Mən inanıram ki,Məzun Assosiasiyasının yaradılması AzMİU-nun məzunları iləəlaqələrini daha da gücləndirəcək və universitetin inkişafına böyüktöhfə verəcək.”
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə DövlətXidmətinin rəisi, Əməkdar memar Səbinə Hacıyeva da çıxış edərəkuniversitetin ona verdiyi imkanlardan bəhs edib:“AzMİU təkcə bir təhsil müəssisəsi deyil, həm də həyatməktəbidir. Burada qazandığımız bilik və təcrübə bizi cəmiyyət üçünfaydalı mütəxəssislərə çevirib. Universitetlə sıx əlaqələr yaratmaqvə tələbələrə dəstək olmaq bizim borcumuzdur. İrəli sürüləntəşəbbüsü alqışlayır, yaradılan Assosiasiyanın fəaliyyətinə uğurlararzulayıram”.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət DövlətAgentliyinin rəis müavini, əməkdar memar Elxan Əsədov isəuniversitetdə qazandığı təcrübənin onun memarlıq sahəsindəkiuğurlarında əvəzsiz rol oynadığını vurğulayıb. Qeyd edib ki,çalışdığı Agentlikdə hazırda AzMİU-nu bitirən məzunlar üstünlüktəşkil edir ki, onlardan 21 nəfəri memardır.
AzMİU-nun prorektoru Orxan Naqdiyev çıxışındaməzunlarla görüşün Beynəlxalq İnsan Həmrəyliyi Gününə təsadüfetməsinin təsadüfi olmadığını vurğulayıb və bunun universitetinməzunları arasında həmrəyliyi gücləndirmək məqsədi daşıdığını qeydedib. Prorektor bildirib ki, məzunlar universiteti öz doğma məkanıkimi qəbul edir, təhsillərini tamamladıqdan sonra da universitetləəlaqələrini kəsmir və müxtəlif layihələrdə AzMİU ilə əməkdaşlıqedirlər. Məzun Assosiasiyasının yaradılması isə bu əməkdaşlığındaha sıx olmasına xidmət edəcək.
Tədbir çərçivəsində Məzun Assosiasiyasının TəşkilatKomitəsinin üzvləri seçilib və Təssis Yığıncağına kimi görüləcəkişlərlə bağlı təkliflər səsləndirilib, qərarlar qəbuledilib. Assosiasiyanın Qəyyumlar Şurasının, İdarəHeyətinin, Təftiş Komitəsinin üzvlərinin seçilməsi və idarəetməmexanizimlərinin təşkili Təssis Yığıncağından sonra həyatakeçiriləcək.
Xatırladaq ki, AzMİU-nun 50 illik yubileyi ərəfəsində keçirilənbu görüş universitetin məzunları ilə əlaqələrin daha damöhkəmlənməsi baxımından mühüm hadisə kimi yadda qalıb. Universitetrəhbərliyi və məzunları arasında yaradılan bu yeni körpününAzMİU-da təhsilin keyfiyyətinin artırılmasına xidmət edəcəyigözlənilir.