"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanın daha bir aparıcı futbolçusunun sıradan çıxdığını açıqlayıb.
Publika.az xəbər verir ki, o, müdafiəçi Ruben Diasın əzələ zədəsi səbəbindən 4 həftə yaşıl meydanlardan kənarda qalacağını bildirib:
“Ruben üç-dörd həftəlik sıradan çıxıb. Bu, əzələ zədəsi idi, "Mançester Yunayted" ilə oyunun 75 dəqiqəsindən sonra nəyinsə səhv olduğunu hiss etdik. O qədər güclüdür ki, meydanda qaldı, amma zədələnmişdi”.
Qeyd edək ki, Dias bu mövsüm "Mançester Siti"nin heyətində bütün yarışlarda 19 oyuna çıxıb.