RU

İçkili qadın körpüdən yıxıldı 

Goranboyda yol kənarında yaralı qadın aşkar olunub.

Modern.az unikal-a istinadla xəbər verir ki, hadisə Goran qəsəbəsindəki körpünün yaxınlığında baş verib.

Müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan 1997-ci il təvəllüdlü qadının körpüdən yıxıldığı ehtimal edilir.

Qadın içkili vəziyyətdə olduğunu və epilepsiya xəstəliyindən əziyyət çəkdiyini bildirib.

Faktla bağlı araşdırma aparılır. 

Избранный
21
11
modern.az

10Источники