RU

Zelenski Fitsoya 500 milyon rüşvət təklif edib - Şok iddia

Slovakiyanın Baş naziri Robert Fizo iddia edib ki, Prezident Vladimir Zelenski Ukraynanın NATO-ya üzvlüyünə razılıq verərsə, Qərbdə dondurulmuş Rusiya aktivləri hesabına ona 500 milyon avro təklif edib.

Axar.az xəbər verir ki, bu barədə “Politiko” nəşri yazıb.

Nəşrin məlumatına görə, rüşvətxorluğa cəhd Brüsseldə danışıqlar zamanı baş verib.

“Cənab Zelenski qaz mövzusuna qayıtdı və məndən soruşdu ki, mənə 500 milyon avro Rusiya aktivini versə, Ukraynanın NATO-ya üzvlüyünə səs verəcəmmi?” - Fitso deyib.

Избранный
8
4
axar.az

4Источники