Mərkəzi Seçki Komissiyası seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydalarını təsdiq edib.
"Operativ Media" xəbər verir ki, bununla bağlı MSK-nın bu gün keçirilən iclasında qərar layihəsi müzakirə olunub.
MSK sədrinin müavini Rövzət Qasımovun təqdimatına əsasən, 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bələdiyyə seçkilərində iştirak hüququ olan seçicilərin ümumi sayından 3 faiz çox olmaqla 6 milyon 52 min 721 ədəd seçki bülleteni çap ediləcək.
Qərar səsverməyə çıxarılaraq, qəbul olunub.