“Formula-1” üzrə dünya çempionatında 2024 mövsümünə yekun vuruldu.
Mövsümün Əbu-Dabidə keçirilən son mərhələsində “Makleren” pilotu Lando Norris finişə hamıdan tez çatdı. Mövsümdə 4-cü dəfə fəxri kürsünün ən yüksək pilləsini qalxan 25 yaşlı britaniyalı Karlos Saynsı 5,832, Şarl Lekleri isə 31,928 saniyə arxada qoydu.
Bildiyiniz kimi, bu il də Maks Ferstappen çempion oldu. “Red Bull”un pilotu hələ Las-Veqasda titulu təmin etmişdi. 27 yaşlı niderlandlı Əbu-Dabidə 6-cı yeri tutdu.
Mövsümün son yarışında Mühəndislər kubokunu hansı komandanın qazanacağına aydınlıq gəldi. Norrisin qələbəsi sayəsində “Maklaren” 666 xalla birinci oldu. Bu komanda “Ferrari”ni (652) cəmi 14 xal qabaqladı. “Maklaren” 1998-ci ildən bəri ilk, tarixində isə 9-cu dəfə dəfə Mühəndislər kubokunu qazandı. Bu göstəricidə “Mersedes”i (8) arxada qoyan “Maklaren” “Uilyams”a çatdı. Mühəndislər kubokunda 3-cü yeri “Red Bull” (589), 4-cü yeri isə “Mersedes” (468) tutdu.
Təsnifat mərhələsi
1. Lando Norris (B.Britaniya) 1.22,595
2. Oskar Piastri (Avstraliya) 1.22,804
3. Karlos Sayns (İspaniya) 1.22,824
4. Niko Hülkenberq (Almaniya) 1.22,886
5. Maks Ferstappen (Niderland) 1.22,945
6. Pyer Qasli (Fransa) 1.22,984
7. Corc Rassell (B.Britaniya) 1.23,132
8. Fernando Alonso (İspaniya) 1.23,196
9. Valtteri Bottas (Finlandiya) 1.23,204
10. Serxio Peres (Meksika) 1.23,264
11. Yuki Sunoda (Yaponiya) 1.23,419
12. Liam Louson (Yeni Zelandiya) 1.23,472
13. Lens Stroll (Kanada) 1.23,784
14. Şarl Lekler (Monako) 1.23,833
15. Kevin Maqnussen (Danimarka) 1.23,877
16. Aleksandr Albon (Tayland) 1.23,821
17. Quanyuy Çjou (Çin) 1.23,880
18. Lüis Hemilton (B.Britaniya) 1.23,887
19. Franko Kolapinto (Argentina) 1.23,912
20. Cek Duen (Avstraliya) 1.24,105
Həlledici mərhələ
306,183 km (5281 metrlik 58 dövrə)
1. Lando Norris Maklaren 1:26.33,291
2. Karlos Sayns Ferrari +5,832
3. Şarl Lekler Ferrari +31,928
4. Lüis Hemilton Mersedes +36,483
5. Corc Rassell Mersedes +37,538
6. Maks Ferstappen Red Bull +49,847
7. Pyer Qasli Alpin +1.12,560
8. Niko Hülkenberq (Haas) +1.15,554
9. Fernando Alonso Aston Martin +1.22,373
10. Oskar Piastri Maklaren +1.23,821
11. Aleksandr Albon Uilyams 1 dövrə
12. Yuki Sunoda RB 1 dövrə
13. Quanyuy Çjou Zauber 1 dövrə
14. Lens Stroll Aston Martin 1 dövrə
15. Cek Duen Alpin 1 dövrə
16. Kevin Maqnussen Haas 1 dövrə
Liam Louson (RB), Valtteri Bottas (Zauber), Franko Kolapinto (Uilyams) və Serxio Peres (Red Bull) finişə çatmayıb.
Şəxsi birincilik
1. Maks Ferstappen 437 xal
2. Lando Norris 374
3. Şarl Lekler 356
4. Oskar Piastri 292
5. Karlos Sayns 290
6. Corc Rassell 245
7. Lüis Hemilton 223
8. Serxio Peres 152
9. Fernando Alonso 70
10. Pyer Qasli 42
11. Niko Hülkenberq 41
12. Yuki Sunoda 30
13. Lens Stroll 24
14. Esteban Okon 23
15. Kevin Maqnussen 16
16. Daniel Rikkyardo 12
17. Aleksandr Albon 12
18. Oliver Berman 7
19. Franko Kolapinto 5
20. Quanyuy Çjou 4
21. Liam Louson 4
Mühəndislər kuboku
1. Maklaren 666 xal
2. Ferrari 652
2. Red Bull 589
4. Mersedes 468
5. Aston Martin 94
6. Alpin 65
7. Haas 58
8. RB 46
9. Uilyams 17
10. Zauber 4
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта