RU

Əsədin adını qədim Əməvi məscidindən belə sökdülər - FOTO

Suriyada Əsəd rejiminin izləri silinməyə davam edir.

News24.az xarici mediaya istinadən xəbər verir ki, Suriyanın paytaxtı Dəməşqdə tarixi Əməvi məscidinin mərmər divarında olan Əsədin adı çəkiclə qırılaraq silinib.

Paytaxt Dəməşqin simvolu olan tarixi Əməvi məscidinin divarındakı mərmər kitabənin üzərində olan Suriyanın keçmiş prezidenti Hafiz Əsədin adı cümə namazı qılmaq üçün məscidə gələnlər tərəfindən silinib.

Məscidin divarındakı böyük lövhədə "Bu məscid mömin prezident Hafiz Əsədin dövründə yenilənib və bərpa edilib" sözləri yazılıb

\\milli.az

Избранный
1
2
news24.az

3Источники