RU

BMT: ''Bəşər Əsəd və Suriyada ağır cinayətlər törətmiş hər kəs məsuliyyətə cəlb edilməlidir''

Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının sözçüsü Tamen Əl-Ketan devrilmiş lider Bəşər Əsəd və Suriyada ağır cinayətlər törətmiş hər kəsin məsuliyyətə cəlb edilməli olduğunu bildirib.

Tamen Əl-Ketan və BMT-nin Cenevrədəki ofisinin kommunikasiyalar üzrə direktoru Alessandra Velluci birgə mətbuat konfransı keçirərək, Suriyadakı vəziyyəti müzakirə ediblər. Tamen Əl-Ketan qeyd edib ki, Bəşər Əsəd və digər cinayətkarlar beynəlxalq insan hüquqları qanunlarına uyğun olaraq mülki insanların ölümünə görə cavab verməlidir.

O, həmçinin Suriyada saxlanılan yüzlərlə insanın azadlığa buraxılmasına və onların yaşadıqları travmalara diqqət çəkib. Tamen Əl-Ketan BMT-nin yaratdığı Suriyada İtkin Şəxslərin Araşdırılması üzrə Müstəqil Təşkilatın itkin düşənlərin ailələrinin ağrı-acılarını yüngülləşdirməyə kömək edəcəyini açıqlayıb.

Sözçü müvəqqəti hökumətin qadınların, uşaqların və müxtəlif icmaların hüquqlarını təmin etməklə yanaşı, keçmiş insan hüquqları pozuntuları və cinayətləri ilə bağlı sübutların qorunub saxlanmasına da xüsusi diqqət yetirməli olduğunu vurğulayıb.



Избранный
2
trt.net.tr

1Источники