RU

Dron hücumlarından sonra Kazandakı vəziyyət açıqlandı - Video

Tatarıstanın paytaxtı Kazan olunan dron hücumundan sonra mövcud vəziyyət açıqlanıb.

“Qafqazinfo” xəbər veir ki, bu barədə Tatarıstan rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, şəhərə edilən 8 PUA hücumlarından altısı yaşayış binalarına düşüb:

“Səkkiz mövqedən hücum qeydə alınıb. Bunlardan biri sənaye müəssisəsinə, biri çaya, altısı isə yaşayış binasına düşüb. Son məlumata görə, ölən və ya xəsarət alan yoxdur”.

“Kamaleyev” prospektində 37 mərtəbəli “Lazurnoye Nebo” yaşayış kompleksinə edilən hücumlardan sonra Tatarıstan rəhbəri Rüstəm Minnixanov əraziyə baş çəkib.

O, təhlükəsizliyi təmin etmək üçün həftə sonu Tatarıstanda bütün kütləvi tədbirlərin ləğv edilməsini əmr edib.

Qeyd edək ki, dron hücumu yerli vaxtla səhər saat 07:40-09:20 radələrində baş verib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri PUA-lardan üçünü vura bilib. Ukrayna tərəfi isə hücumla bağlı şərh verməyib.

Избранный
22
2
qafqazinfo.az

3Источники