RU

ABŞ Senatı müvəqqəti maliyyələşdirmə haqqında qanun layihəsini təsdiqlədi

Bakı. Trend:

ABŞ Konqresinin Senatı yerli vaxtla gecə yarısından sonrahökumətin işinin maliyyələşdirilməsini uzadan qanun layihəsinitəsdiqləyib.

Trend ABŞKİV-ə istinadən xəbər verir ki, ölkənin yeni seçilmiş prezidentiDonald Tramp bu layihəni dəstəkləyərək onu "Amerika xalqı üçün çoxsərfəli bir razılaşma" adlandırıb.

Məlumata əsasən, qanun layihəsi hökumətin maliyyələşdirilməsinicari səviyyədə 14 mart tarixinədək saxlamağa, dövlət borculimitinin iki illiyinə dayandırılmasına, təbii fəlakətlərinnəticələrinin aradan qaldırılması üçün təxminən 100 milyard dollar,fermerlərə iqtisadi yardım üçün isə 10 milyard dollar ayrılmasınaimkan verir.

Bununla yanaşı, sənəd ilkin razılaşmada yer alan 1,5 minsəhifəlik bir sıra siyasi müddəaların ləğvini də nəzərdə tutur.İndi qanun layihəsi Prezident Co Baydenə təqdim edilməlidir.

KİV-lərin məlumatına görə, Baydenin bu sənədi dərhalimzalayacağı gözlənilir.

Məqalədə:
Избранный
32
1
az.trend.az

2Источники