RU

"Mançester Siti"nin 8 mükəmməl ili var idi, indi isə 40 pis günü var"

style='margin-bottom:10px;'>

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının cari mövsümdəki nəticələri haqda danışıb.

QOL.az "Eurosport"a istinadən xəbər verir ki, mütəxəssis deyib:

"Bu mövsüm əvvəlki illərdə olduğu kimi dominantlıq edə bilmirik. Səbəbini bilmirəm. Bilsəydim, həll yolu tapardım. “Mançester Siti” böyük uğurlar qazanırdı, komanda stabil idi, belə zədələr yox idi. İnanılmaz dərəcədə gözəl 8 il keçirdik, indi isə nəticələr baxımından 40-dan çox pis günümüz var”.

"Mançester Siti" bütün yarışlarda keçirdiyi son 11 matçdan 8 də məğlub olub. Qvardiolanın komandası  İngiltərə çempionatında 15 oyundan sonra 27 xalla 5-ci yerdədir.

Избранный
17
1
teleqraf.com

2Источники