RU

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Dekabrın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, əvvəlcə Komissiyanın 18 dekabr 2024-cü il tarixli iclasının protokolu təsdiq edilib.

Sonra 2025-ci il yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkilərində seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası Komissiya üzvləri tərəfindən müzakirə edilərək təsdiq olunub. Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin tələblərini əsas götürərək, 6 052 721 (altı milyon əlli iki min yeddi yüz iyirmi bir) seçki bülleteninin Komissiyanın təmsilçiliyə uyğun 3 üzvünün müşahidəsi altında hazırlanmasına qərar verib.

İclasda daha sonra qarşıdan gələn bələdiyyə seçkilərində Respublikaçı Alternativ (REAL) Partiyası, Ağ Partiyası, Gələcək Azərbaycan Partiyası, Ədalət Partiyası, Vəhdət Partiyası, Haqq Ədalət Partiyası, Azərbaycan Demokrat Partiyası, Azad Vətən Partiyası, Müasir Musavat Partiyası və Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsinə baxılıb. Komissiya üzvlərinə hər bir siyasi partiyanın MSK-ya müvafiq müraciəti barədə ayrı-ayrılıqda məlumat verilib və sözügedən siyasi partiyalar tərəfindən təqdim olunan şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alınıb.

Media subyektləri təmsilçilərinin də iştirak etdiyi iclasda, həmçinin bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib və cari məsələlərə baxılıb.

Избранный
11
10
operativmm.az

10Источники