RU

Dövlət Gömrük Komitəsinin 32 vakant vəzifəsinə 628 nəfər müraciət etdi

Dövlət Gömrük Komitəsinin (DGK) ərazi gömrük idarələrində mövcud olan vakant vəzifələr üzrə növbəti müsabiqənin test imtahanı mərhələsi keçirilib.

E-huquq.az bu barədə DGK-ya istinadən xəbər verir.

Məlumata görə, müsabiqənin test imtahan mərhələsi Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunub. Ümumilikdə 628 Azərbaycan vətəndaşı müsabiqədə iştirak etmək üçün müraciət edib. Müsabiqənin test imtahan mərhələsindən müvəffəqiyyətlə keçən namizədlər növbəti-müsahibə mərhələsində iştirak hüququ qazanacaq.

Ümumilikdə müsabiqəyə 32 vakant vəzifə təqdim edilib.


Избранный
13
3
e-huquq.az

5Источники