Moskva vilayətinin Korolev şəhərində “Helios” ticarət mərkəzinin daxilində yerləşən çoxfunksiyalı mərkəzdə fişənglərin partlaması səbəbindən ziyarətçilər təxliyə edilib.
Bizim.Media xəbər verir ki, görüntülər sosial şəbəkələrdə yayılıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. “Helios” ticarət mərkəzində atəşfəşanlığı yaradan şəxs hazırda axtarılır.
Qeyd edək ki, oxşar hadisə bir neçə saat əvvəl Moskvanın şimalındakı “Fort” ticarət mərkəzində baş verib. Polis “Fort” ticarət mərkəzində fişəng partladan şəxsi artıq saxlayıb.
İlkin ehtimallara görə, hər iki hadisə Ukrayna tərəfinin sifarişi ilə törədilib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта