RU

Tofiq Bəhramovun "çempion etdiyi" futbolçu həyatını itirib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İngiltərə millisinin heyətində 1966-cı ildə dünya çempionu olmuş futbolçu Corc İsthem 88 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə onun keçmiş klubu, İngiltərənin Çempionşip təmsilçisi "Stok Siti"nin Mətbuat Xidməti məlumat yayıb.
Keçmiş futbolçu 1966-cı ildə dünya çempionluğunu qazanmış komandanın vəfat edən 19-cu üzvü olub. Hazırda həmin heyətdən cəmi üç futbolçu - İan Kallaqan, Terri Peyn və Ceff Hörst - sağ qalıb.
Qeyd edək ki, C.İsthem karyerası ərzində "Arsenal", "Nyukasl" və "Stok Siti"də oynayıb. O, İngiltərə yığmasının heyətində 19 oyun keçirib və iki qolla yadda qalıb. 1966-cı ildə çempion olmuş komandanın heyətində yer alsa da, həmin turnirin heç bir oyununda futbolçuya meydana çıxmaq şansı verilməyib.
Избранный
16
5
oxu.az

8Источники