RU

Deputat: "Azərbaycanın Zəfəri diplomatik münasibətlərimizi möhkəmləndirdi"

Milli Məclisin deputatı Rizvan Nəbiyev Milli Məclisdə çıxış edib.O çıxışı zamanı diplomatik sahədəki təcrübələrini və Azərbaycanın beynəlxalq münasibətlərdəki uğurlarını paylaşaraq ölkəmizin qazanılmış Zəfərinin diplomatik mövqeyimizi necə gücləndirdiyini vurğulayıb.

AzNews.az deputatın çıxışını təqdim edir:

"Hörmətli xanım Sədr, icazənizlə diplomatik sahədə çalışmış şəxs kimi bəzi şərhlərimi də bölüşüm. Mən də əksər həmkarlarım kimi diplomatik xidmətə başlayanda torpaqlarımız işğal altında idi. Bu illərdə aparılan danışıqlarda, ikitərəfli və çoxtərəfli beynəlxalq sənədlərin razılaşdırılması prosesində torpağı işğal altında olan diplomatın səs tonu da başqa idi. Təsəvvür edin, BMT Nizamnaməsinin (§25, §24, və §2(5)) maddələrinə uyğun üzv dövlətlər tərəfindən icra edilməli olan BMT TŞ-nin məlum 1993-cü il qətnamələrinə istinadın belə beynəlxalq sənədlərə daxil edilməsi üçün uzun danışıqlar aparılır, xahişlər edilirdi, amma yenə biganə münasibətlə üzləşirdik.

Şanlı Zəfərimiz vəziyyəti tamamilə dəyişdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məharətli hərbi və siyasi-diplomatik strategiyası sayəsində torpaqlarımızın qanunsuz hərbi işğalına son qoyuldu və bununla Azərbaycan BMT-nin ən ali vəzifəsi sayılan, beynəlxalq sülhün və təhlükəsizliyin təmininə ciddi töhfə verdi. Azərbaycan BMT üzvü 193 ölkə arasında azsaylı dövlətlərdən sayılır ki, beynəlxalq hüququnun hamılıqla tanınmış, amma uzun illər pozulmuş prinsiplərini də təmin etdi. Prezidentimizin Avropa paytaxtlarından birinə səfəri çərçivəsində beynəlxalq mətbuata müraciətlə dediyi “Azərbaycan xalqı döyüş meydanında öz ərazi bütövlüyünü, suverenliyini və ləyaqətini bərpa etmişdir” fikri Qalib dövlətimizin diplomatlarını yeni çağırışları dəf etmək üçün daha da əzmkarlıq, vətənpərvərlik və peşəkarlıq göstərməyə səsləyir.

Cənab Prezidentin rəhbərliyi altında dövlətimiz qlobal arenada praqmatik, müstəqil və prinsipial xarici siyasət həyata keçirərək etibarlı tərəfdaş kimi kimi qəbul edilir. Bu gün Azərbaycanın 20-dən çox dövlətlə strateji tərəfdaşlıq münasibətləri var.

Избранный
18
aznews.az

1Источники