Ən yaxşı texnika və müasir silahlanmaya malik 3 min döyüşçü Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməyə hazırdır. SİA xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.
“Onlar istənilən mürəkkəblikdə tapşırığı yerinə yetirməyə hazırdır”, - deyə Kadırov bildirib.
Qeyd edək ki, Kadırov ötən gün könüllülərdən ibarət xüsusi dəstənin Ukrayna müharibəsinə yola salındığını açıqlamışdı.