Bu ilin yanvar-noyabr aylarında Azərbaycandan xarici ölkələrə 114 min ton pambıq lifi satılıb. Yeniavaz.comaçıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, hesabat dövrü ərzində xaricə satılan pambıq lifinin gömrük dəyəri 170 milyon dollar olub. Açıqlanan məlumatlardan da göründüyü kimi, 1 kq pambıq xaricə 1,5 dollara (2,5 manat) satılıb.