RU

İlham Əliyevin daxili və xarici siyasəti

İlham Əliyevin daxili və xarici siyasəti

 

Bu gün bütün sahələr üzrə əldə olunan naliyyətlərin əsasını ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü, düzgün istiqamətdə seçilmiş xarici dövlət strategiyasi təşkil edir.
Ümumiyyətlə, bu günün reallıqları ondan ibarətdir ki, Azərbaycan müstəqil bir dövlət kimi regionda və bölgədə etibarli strateji tərəfdaşdır. Eyni zamanda dövlətimiz bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini davam etdirir.
Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq əlaqələrinin mövcüdluğu böyük əhəmiyyətə malikdir.
Bız bu gün Avropaya neft ixrac edən ölkəyə çevrilmişik. Enerji strategiyamizin ikinci mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlı idi.
Müasir mərhələdə ölkəmizin inkişafinı və milli gücünün artmasını təmin edən faktlardan biri bütün sahələri əhatə edən çoxşaxəli islahatların həyata keçirilməsidir. Hər bir dövlətin inkişafi üçün dünyada cərəyan edən proseslərdən ciddi nəticə çıxararaq dolğun siyasi kurs yeritmək olduqca vacibdir. 
Ümümiyyətlə, son zamanlar beynəlxalq münasibətlər sistemində olduqca mürəkkəb proseslər cərəyan edir. Göründüyü kimi regionda gedən təhlükəli proseslərə baxmayaraq, ölkəmizdə sabitlik hökm sürür ki, bunun da səbəbi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil, qətiyyətli siyasətin nəticəsidir. 
Beləliklə, yeni mərhələdə Azərbaycan dövləti mühüm çağırışlarla qarşı-qarşıyadır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs ölkənin dinamik inkişafının davam etdirilməsi, xalq-iqtidar birliyinin, respublikanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə  xidmət edir.

 

Abusət Zeynalov,
“Tərəqqi” medallı pedaqoq.

Избранный
12
qht.az

1Источники