İngiltərə millisinin keçmiş üzvü Corc İsthem 88 yaşında dünyasını dəyişib
Redaktor.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
Qeyd edilir ki, İsthem 1966-1973-cü illərdə "Stok Siti"də çıxış edib. O, futbolçu karyerasını başa vurduqdan sonra bu komandanı çalışdırıb. İsthem futbolçu kimi “Arsenal”, “Nyukasl” və “Ards”da da oynayıb.
Keçmiş hücumçu 1966-cı ildə İngiltərə millisi ilə dünya çempionu olub.