RU

Polis Akademiyası hüquq olimpiadasında qalib oldu - FOTO

DİN-in Polis Akademiyasının kursantları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin doğum gününə həsr edilən “Qalib Azərbaycan” adlı 2-ci Hüquq Olimpiadasında iştirak ediblər.

Avtosfer.az xəbər verir ki, olimpiada, Hüquq və İnsan Haqları İnstitutu, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı, "Kəngərli və Partnyorları" Vəkil Bürosunun təşkilati dəstəyi ilə keçirilib.

Elmi hüquqi bilikləri əhatə edən yarışmada müxtəlif ali təhsil müəssisələrinin tələbə və kursantları birincilik uğrunda mübarizə aparıblar. Polis Akademiyasının kursantları bütün mərhələlərdə sahəvi sualların cavablandırılmasında birincilik nümayiş etdirməklə olimpiadanın qalibi olub.

FOTO QALEREYA
Избранный
13
17
avtosfer.az

10Источники