RU

Putin andiçmə zamanı Trampı təbrik edəcək? – Peskov açıqladı

“ABŞ Rusiya üçün dost olmayan ölkə kimi qalır. Bundan sonra nə baş verəcəyi yeni administrasiyanın bəyanatlarından və planlarından asılı olacaq”.

Turkustan.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O, Vladimir Putinin 2025-ci ilin yanvarında Donald Trampı andiçmə mərasimi münasibətilə təbrik edib-etməyəcəyinə belə aydınlıq gətirib.

“Belə bir qərarın olub-olmayacağından xəbərim yoxdur. Amma ABŞ bizim üçün qeyri-dost ölkədir və hər şey gələcək bəyanatlardan, ölkəmizə münasibətdən, Trampın planlarından asılı olacaq. Amerikaya məxsus raketlər bizim ərazimizə atəş açır. Onlara amerikalı mütəxəssislər rəhbərlik edir”, – deyə Peskov vurğulayıb. /globalinfo.az/

Избранный
18
turkustan.az

1Источники