RU

İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

Image

“Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində İranda milli pul vahidində baş verən dəyişikliklərlə bağlı paylaşım edib. A.Quliyev yazır: "İran milli pul vahidini niyə dəyişir? Denominasiyaya getmək, Rialı "tümən" adlandırmaq ölkəyə nə verəcək? Regionda ən ölü pul sayılan İran valyutası gücə çevrilə biləcəkmi?. Yeni prezident Pezeşkian denominasiyaya gedərək pul əskinaslarının axırından 4 sıfırı pozur və yeni pulu rəsmən "tümən" adlandırır. Beləliklə, hazırkı 10 min real islahatdan sonra 1 tümən hesab olunacaq. Belə ki, hazırda rəsmi qaydada 1 dollar 420 min realdlrsa, islahatdan sonra 1 dollar cəmi 42 tümən  olacaq.
Ölkə çeşidli xarici iqtisadi, maliyyə, ticarət, investisiya və hərbi sanksiyalar altında olduğu bir şəraitdə islahat özünü necə doğruldacaq? İslahatln ilk dünündə 1 dollar- 42 tümən ekvivalentini İran rejimi nə qədər saxlaya biləcək?....
42 tümən 420 min rualın bazarda aldığını ala biləcəkmi?..."

Mətləb






Избранный
40
baki-xeber.com

1Источники