"Barselona"nın və Braziliya millisinin sabiq hücumçusu Ronaldinyo futboldakı irsini ötürmək üçün yeni yol tapıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Dario AS" yayıb.
Xəbərə görə, əfsanəvi futbolçu "Sehrbazın təlimatı" adlandırdığı onlayn kursa başlayır. O, jurnalist Fernanda Gentillə birlikdə futbolda yaradıcılıq, üslub və texnikanın inkişafına yönəldilmiş video dərslər təqdim edəcək. Kursda oyunla bağlı nəşr olunmamış texnika və biliklər təqdim olunacaq. Onlayn-dərslər 2025-ci ilin əvvəlindən yayımlanacaq. Layihə addım-addım texniki əsasları ehtiva edir və futbol üçün yeni istedadların inkişaf etdirilməsi məqsədi daşıyır.
Videoları satın alan və kurs qaydalarına əməl edənlər Braziliyada keçiriləcək seçimlərdə iştirak edə biləcəklər.
Xatırladaq ki, Ronaldinyo 2005-ci ildə "Qızıl top" mükafatını qazanıb. O, 2004 və 2005-ci illərdə FİFA tərəfindən dünyanın ən yaxşı oyunçusu elan edilib.
Mirağa