RU

Mahirin komandası qələbə qazandı

style='margin-bottom:10px;'>

Almaniyanın 2-ci Bundesliqasında 17-ci turun oyunları keçirilir.

QOL.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin komandası evdə “Braunşveyq”lə qiarşılaşıb. Matç "Nürnberq"in 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 78-ci dəqiqədə Stefanos Tsimas vurub.

Mahir də bu oyunda iştirak edib. 79-ci dəqiqədə Stefanos Tsimasın əvəzinə meydana çıxıb.

Qeyd edək ki, hazırda “Nürnberq” turnir cədvəlində 22  xalla 11-cidir. “Braunşveyq” isə 13 xalla 17-ci pillədə qərarlaşır.

Əlavə edək ki, M.Emreli bu mövsüm “Nürnberq”in heyətində bütün turnirlərdə 13 oyunda meydan çıxıb, 4 qol vurub və 1 qolun ötürməsini edib. O, son 5 matçda fərqlənə bilməyib.

Избранный
43
teleqraf.com

1Источники