RU

Rusiya bazalarının Suriyada olmasını istəmirik - Türkiyə XİN

Türkiyə istər Rusiya, istərsə də Amerika bazalarının Suriyada olmasını dəstəkləmir.

SeherXeber.org xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan “France 24”ə müsahibəsində deyib.

“Əlbəttə, biz Suriyada heç bir bazanın olmasının tərəfdarı deyilik. Təkcə Rusiya deyil, digərlərinin də... Bu, Suriya xalqının qərarı olmalıdır. Əgər onlar bir növ razılığa gəlsələr, o zaman baxacağıq”, - deyə Fidan bildirib.

Избранный
15
5
seherxeber.org

5Источники