RU

Britaniya hərbçiləri ordunu kütləvi şəkildə tərk edirlər

Britaniya hərbçiləri rekord maaş artımına baxmayaraq, ordunu kütləvi şəkildə tərk etməyə başlayıblar.

“Report” xəbər verir ki, bu barədə “The Telegraph” qəzeti yazıb.

Qeyd olunub ki, yayda ölkə rəhbərliyi silahlı qüvvələrdəki böhranla mübarizə çərçivəsində hərbçilərin maaşlarını artırmaq qərarına gəlib, lakin bu, gözlənilən nəticəni verməyib.

“Əsgərlər silahlı qüvvələri narahatedici sürətlə tərk edirlər. Tarixdə ilk dəfə olaraq Böyük Britaniyada min nəfərə cəmi iki hərbçi düşür”, – materialda qeyd olunub.

Nəşrin məlumatına görə, son bir il ərzində on beş mindən çox əsgər ordunu tərk edib, bunlardan təxminən səkkiz min nəfəri öz istəyi ilə işdən çıxanlar kimi qeydə alınıb.

Избранный
28
18
far.az

10Источники