RU

Bu il 284 min ton şəkər istehsal edilib - Rəqəmlərdə azalma

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 284 min 100 ton miqdarında qənd istehsal edilib.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, şəkər istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 6,1% və ya 18 min 400 ton azdır. Ötən ilin eyni dövründə Azərbaycanda 302 min 500 ton qənd istehsal edilib.

Bu dövrdə 9 min 14,5 ton miqdarında şəkərli qənnadı məmulatları istehsal edilib ki, bu da, ötən ilin eyni dövrü ilə müqayisədə 15%, yaxud da 1 min 586,5 ton azdır. Ötən ilin ilk 11 ayında Azərbaycanda 10 min 601 ton miqdarında şəkərli qənnadı məmulatları istehsal olunub.
Qeyd edək ki, cari ilin dekabrın 1-i vəziyyətinə görə, ölkədə hazır qənd ehtiyatının miqdarı 4,5 min ton, hazır şəkərli qənnadı məmulatları ehtiyatı isə 186 min 200 kiloqramdır.

Əvəz Həsənov

Избранный
16
valyuta.az

1Источники