RU

İsmayıllıda QƏZA: Ölənlər var – YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində, İsmayıllı-Qəbələ avtomobil yolunun 12-ci kilometrliyində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Medianews.az-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti İsmayıllı rayon Yanğından Muhafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarına aşması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobildəki sərnişinlər deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə avtomobildə sıxılı vəziyyətdə qalan iki nəfər sərnişini xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Yol-nəqliyyat zamanı həyatını itirmiş bir nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

09:35

İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Medianews.az-a bildirilib ki, saat 02 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun İsmayıllı rayonunun Qurbanəfəndi kəndi ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobilin sürücüsü Orxan Rəhimlinin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.

Hadisə nəticəsində Oğuz rayon sakinləri, 2000-ci il təvəllüdlü Səfər Etibar oğlu Rəşidov və 2000-ci il təvəllüdlü Şükür Araz oğlu Şükürlu dünyasını dəyişiblər.

Daha iki nəfər, 1997-ci il təvəllüdlü Orxan Mehman oğlu Rəhimli və 1988-ci il təvəllüdlü İsmayıllı sakini Tural Eldar oğlu Allahverdiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.

Ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Избранный
5
17
medianews.az

10Источники