RU

Türkiyə parlament sədrinin Şimali Makedoniya səfəri

 

  Numan Kurtulmuş “Türkiyə Suriyada sülhün bərqərar olması üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcək” deyib.

  Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri rəsmi səfərdə olduğu Şimali Makedoniyanın paytaxtı Skopyedə Şimali Makedoniya parlamentinin sədri Afrim Qaşi ilə görüşündən sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edib.

  Numan Kurtulmuş Türkiyənin Suriyada oynadığı təsirli rola işarə edərək rəsmi Ankaranın Suriyanın yenidən qurulmasında üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcəyini vurğulayıb: “Türkiyə bütün etnik, siyasi, dini və məzhəb fərqlərinin təmsil olunduğu Suriyada demokratik prosesin qurulması və bununla da sülhün bərqərar olması üçün üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcək”.

  N.Kurtulmuş Skopyedə Şimali Makedoniyanın Baş naziri Hristijan Mickoski ilə də bir araya gəlib. Baş Nazirlik binasında keçirilən görüşdə Türkiyə rəsmisi iki ölkə arasında tarixi köklü əlaqələrin olduğu, Şimali Makedoniya və türk soylu vətəndaşların əlaqələrin inkişafında mühüm rol oynadıqları, Şimali Makedoniyanın çoxdilli və çox dinli quruluşuna əhəmiyyət verdikləri və bu ənənənin qorunub saxlanılması üçün də hər cür dəstəyi verəcəklərini dilə gətirib.

  NATO-da əməkdaşlığın da əlaqələrdə mühüm faktor olduğunu və Şimali Makedoniyanın Aİ üzvlüyünü dəstəklədiklərini söyləyən Numan Kurtulmuş ikitərəfli münasibətlərin bütün platformalarda möhkəmləndililməsini arzuladıqlarını bildirərək deyib: “Türkiyə-Şimali Makedoniya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ən qısa zamanda qurulmasını istəyirik”.

  Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi - TİKA, Yunus Əmrə İnstitutu və Maarif Fondu kimi qurumların fəaliyyətinə verdiyi dəstəyə görə Şimali Makedoniya səlahiyyətlilərinə təşəkkür edən Türkiyə parlamentinin sədri müdafiə sənayesi, iqtisadiyyat və təhsil kimi sahələrdə də əməkdaşlığı inkişaf etdirmək istədiklərinin vurğulayıb.

  Numan Kurtulmuş Skopyedə TİKA və Makedoniya Türk Qeyri-Hökumət Təşkilatları Birliyinin (MATÜSİTEB) təşkil etdiyi "21 Dekabr - Türk Təhsil Günü" proqramında da çıxış edib, “türk dili bayramının həm də könül və mədəniyyət bayramı olduğunu söyləyib.

  Mərasimdə Türkiyə türkcəsində keçirilən şeir, rəsm və bəstəkarlıq yarışlarında qazanan şagirdlərə mükafatlar verilib.

  Qeyd edək ki, 1944-cü ildə Skopyedə latın hərfləri ilə türkcə təhsilin başladığı gün olan 21 dekabr 2007-ci ildən Şimali Makedoniya türklərinin milli bayramı kimi qeyd olunur.



Избранный
11
1
trt.net.tr

2Источники