ABŞ Qırmızı dənizdə öz döyüş təyyarələrindən birini “təsadüfən” vurduğunu, təyyarədəki iki pilotun isə oturacaq sistemi ilə xilas edildiyini açıqlayıb.
Sherg.az xəbər verir ki, "NBC News"-un məlumatına görə, hadisə ilə bağlı ABŞ Mərkəzi Komandanlığından (CENTCOM) açıqlama verilib. Açıqlamada Qırmızı dənizdə “USS Harry S. Truman” təyyarədaşıyan gəmisində əməliyyat aparılarkən “F/A-18” qırıcı təyyarəsinin “təsadüfən atəş açdığı” bildirilib.
Açıqlamada təyyarədəki iki pilotun ejektor oturacaq sistemi ilə xilas edildiyi, lakin onlardan birinin təxliyyə zamanı yüngül xəsarət aldığı, hadisənin “dostluq atəşi hadisəsi” kimi qiymətləndirildiyi bildirilib. Açıqlamada hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.
ABŞ ordusu Yəməndə husilərə məxsus raket anbarı və komanda-nəzarət mərkəzinə hava zərbəsi endirib. ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) X hesabında edilən yazılı açıqlamaya görə, ABŞ Hərbi Hava Qüvvələri Yəmənin Səna şəhərində husi obyektlərini hədəfə alıb.
Açıqlamaya görə, dünən səhər saatlarında həyata keçirilən əməliyyatda ABŞ Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri husilərin Sənadakı raket anbarına və komanda-nəzarət mərkəzinə hava hücumu həyata keçirib. Eyni əməliyyatda Husilər tərəfindən Amerika qüvvələrini hədəf alan bir çox pilotsuz uçuş aparatı (PUA) da zərərsizləşdirilib.
CENTCOM-un açıqlamasında, sözügedən hücumun ABŞ və koalisiya personalını, regional tərəfdaşlarını və beynəlxalq dəniz nəqliyyatını qorumaq əzminin bir əksi olduğu ifadə edildi.