RU

Türkiyədə helikopter xəstəxanaya çırpılıb , 4 nəfər ölüb - VİDEO - FOTOLENT - YENİLƏNİB-2

Səhiyyə Nazirliyinə məxsus təcili yardım helikopteri Muğla Sıtkı Koçman Təhsil və Araşdırma Xəstəxanasına çırpılaraq bağçaya çırpılıb.

APA TRT Haberə istinadən xəbər verir ki, qəzada təcili yardım helikopterində olan 2 pilot, 1 həkim və 1 personalın həyatını itirdiyi öyrənilib.

Bu barədə bölgənin valisi məlumat verib. Xəstəxanada zərərçəkən olmayıb.

İlkin ehtimala görə hadisəyə qatı duman səbəb olub. Helikopter Antalyaya xəstə dalınca getmək istəyirmiş.

***

12:05

Türkiyənin Muğla bölgəsini Menteşe rayonunda Səhiyyə Nazirliyinə məxsus helikopter Muğla Təhsil və Araşdırma Xəstəxanasının üst mərtəbəsinə düşüb.

APA xəbər verir ki, bu barədə “Hurriyet” məlumat yayıb.

Qəza nəticəsində zədələnən helikopter xəstəxananın yaxınlığındakı boş əraziyə düşüb. Hadisə yerinə çoxlu sayda qruplar göndərilib. Qəzada ölən və yaralananların olub-olmaması ilə bağlı rəsmi açıqlama verilməyib.

Helikopterin xəstəxanaya çırpılması nəticəsində binanın fasadındakı şüşələrin sındığı görünüb.

Xəbərə fotolar və video əlavə edilib.

***

11:41

Türkiyənin Muğla bölgəsində Təhsil və Araşdırma Xəstəxanasına çırpılan helikopter yaxınlıqdakı boş əraziyə düşüb.

APA xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

Məlumata görə, xilasedici qruplar hadisə yerində işlərini davam etdirir.

Türkiyədə Türkiyədə Türkiyədə Türkiyədə Türkiyədə Türkiyədə Türkiyədə Türkiyədə Türkiyədə Türkiyədə
Избранный
1
9
apa.az

10Источники