RU

"Siti"də kabus davam edir: "Artıq matçlarda qalib gələ bilmirik"

İngiltərə Premyer Liqasında "Aston Villa"ya uduzan "Mançester Siti"də geriləmə davam edir.

Apasport.az xəbər verir ki, "Siti"nin ulduzu Erlinq Haaland "Aston Villa" matçından sonra (2:1) verdiyi açıqlamada bu mövsüm kifayət qədər yaxşı olmadığını və ardıcıl məğlubiyyətlərin komandaya mənfi təsir etdiyini bildirib: 

"Bu vəziyyət heç də xoş deyil. Təbii ki, hamımıza təsir edir. Mənə də təsir edir. Mən çox yaxşı deyiləm və bu mövsüm komanda üçün kifayət qədər yaxşı çıxış edə bilmədim. İrəli addım atmalı və daha çox çalışmalıyam. Mən daha yaxşı olmaq üçün əlimdən gələni edirəm. Artıq matçlarda qalib gələ bilmirik. Əvvəlki kimi matçlara nəzarət edə bilmirik. Əvvəllər bunu daha çox edə bilirdik. Matçın həlledici anlarında qol vurmağı bacarmıram".

Qeyd edək ki, bu mövsüm bütün yarışlarda son 12 matçdan yalnız birində qalib gələ bilən Pep Qvardiolanın komandası Liqa kuboku ilə vidalaşıb. 

“Mançester Siti”də ciddi itki

Dzeko “1000”i geridə qoyub

İlin ən yaxşı məşqçisi seçilib - Qvardiola 3-cü olub

Joze Mourinyo hakimlik haqda: ”Belə bir şey görməmişəm”

Arda Turan "Beşiktaş"a keçidi ilə bağlı: “Həmişə Qalatasaray”lı olduğumu söyləmişəm”

Избранный
21
apasport.az

1Источники