RU

AB bu tarixdə Rusiyaya növbəti sanksiya tətbiq edəcək

Avropa Birliyi (AB) 2025-ci ilin fevralında Ukrayna ilə müharibənin üçüncü ildönümündə Rusiyaya qarşı yeni sanksiyalar paketini qəbul etməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Velt am Sonntag" AB-dəki mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilir ki, artıq hazırlıq işlərinə başlanılıb:

“Növbəti sanksiyalar paketi rəsmi Moskvaya açıq siqnal kimi nəzərdə tutulub. Məhdudiyyətlər Rusiya iqtisadiyyatının hələ də sanksiyalarla əhatə olunmayan və ya kifayət qədər əhatə olunmayan konkret sahələrinə qarşı tədbirləri ehtiva edəcək".

Избранный
1
26
bakivaxti.az

10Источники