RU

Partiya qurması səhv idi - AK Partiyadan Davudoğlu haqqında

Bir müddət əvvəl, Türkiyədə vaxtilə bir sıra yüksək vəzifələri icra etmiş Əhməd Davudoğlu maraqlı çıxış edib. Hazırda Gələcək Partiyasının sədri olan Əhməd Davudoğlu vaxtilə üzvü olduğu hakim Ədalət və İnkişaf Partiyasından ruhunun qopmadığını deyib.

 

Bəs Əhməd Davudoğlu yenidən AK Partiyaya qayıtmaqmı istəyir? Əgər o belə müraciət etsə, partiyanın cavabı nə olacaq?
 

Məsələ ilə bağlı Modern.az-a açıqlamasında Türkiyə Böyük Millət Məclisində AK Partiyanı təmsil edən Adəm  Yıldırım bildirib ki, son sözü Prezident Rəcəb Tayyib Ərdoğan deyə bilər:

 

"Partiyanın Əhməd Davudoğlunu yenidən qəbul etməsi asan olmaz. Lakin son sözü Prezidentimiz deyə bilər. Prezidentimiz son sözü söyləmədən hər hansı şərh verməyimiz doğru olmaz. Cənab Davudoğlunun mesajı da birbaşa Prezidentimizədir".

 

A. Yıldırım vurğulayıb ki, Əhməd Davudoğlunun partiya qurmağı düzgün addım deyildi:

 

"Prezidentli respublika idarə üsuluna keçdikdən sonra irili-xırdalı bu qədər partiyanın meydana çıxmağını düzgün saymayanlardanam. Türkiyədə bu gün 4 əsas partiya - AK Partiya, Cümhuriyyət Xalq Partiyası, Milliyyətçi Hərəkat Partiyası və DEM var. Digər partiyalar bu əsas partiyalardan hansı ilə siyasi baxımdan yaxındısa, qoy onunla bir yerdə olub, siyasətlərini burada davam etdirsinlər. İrili-xırdalı bu qədər partiyanın Türkiyəyə xeyirdən çox zərər gətirəcəyini düşünürəm. Nəticə etibarilə, yeni partiya qurduqdan sonra AK Partiya qarşısında siyasi fəaliyyət göstərməyinə baxmayaraq, mənim ruhum AK Partiyadan qopmayıb deyə bilirsə, deməli, ortada siyasi baxımdan çox böyük fərq yoxdur. Partiya qurmaqları səhv idi".
.

Избранный
17
modern.az

1Источники