RU

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən böyük sərkərdəsi

Cənab Prezident İlham Əliyev Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin ən böyük sərkərdələrindən biridir. O, yüksək intellektli, beynəlxalq siyasi-iqtisadi münasibətləri dərindən bilən, praqmatik və təşəbbüskar bir liderdir. Güclü və qüdrətli Azərbaycan cənab Prezident İlham Əliyevin siyasi uğurlarının şah əsəridir. Dövlət rəhbərimizin həyata keçirdiyi məqsədyönlü islahatlar nəticəsində ölkəmiz davamlı inkişaf yolu tutmuş və bütün sahələrdə əhəmiyyətli irəliləyişlər əldə etməkdədir.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü əsasında Respublikamızın “Əsrin müqaviləsi” ilə başlayan enerji siyasəti Prezident İlham Əliyevlə kəmiyyət və keyfiyyət baxımından yeni müstəviyə keçid etdi. Neft və qaz sektorunun diversifikasiyası nəticəsində iqtisadi kontekstdə əhəmiyyətli irəliləyişlər əldə edildi. Məhz bu səbəbdən, Azərbaycanın valyuta ehtiyatları rekord səviyyədə artdı və bu yüksəliş xalqın sosial rifahının yaxşılaşmasında öz əksini tapdı.

Bu dövrdə həyata keçirilən müxtəlif qlobal enerji layihələri, o cümlədən Bakı-Tiblisi- Ceyhan neft kəməri, TANAP və TAP qaz kəmərləri ölkənin iqtisadi gücünü artırdı.

44 günlük Vətən Müharibəsində qazanılmış tarixi Zəfər Ali Baş Komandanımız İlham Əliyevin uğurlu siyasi fəaliyyətinin kuliminasiya nöqtəsi idi. Cənab Prezidentin səbr və təmkinlə ordu quruculuğu prosesini həyata keçirməsi qələbəmizi şərtləndirən əsas amillərdən biridir. O, müharibə zamanı həm Ali Baş Komandan kimi hərbi əməliyyatları idarə edirdi, həm baş diplomat olaraq siyasi prosesləri yönləndirirdi, həm də beynəlxalq mediaya mütəmadi olaraq müsahibələr verməklə düşmənə qarşı informasiya müharibəsini həyata keçirirdi. Bu yalnız Tanrı tərəfindən seçilmiş şəxslərə məxsus xüsusiyyətlərdir.

Müasir Azərbaycanın beynəlxalq müstəvidə nüfuzunu və yüksələn imicini müşahidə etdikcə
xalqımızın 2003-cü ildə keçirilən prezident seçkilərində Möhtərəm prezidentimiz İlham Əliyevə rəğbət bəsləməkdə necə müdrik qərar verdiyinin şahidi oluruq. Biz hər birimiz tam əminliklə qeyd edə bilərik ki, Ali Baş Komandanımızın, dövlət rəhbərimiz cənab İlham Əliyevin siyasi uğurlarının davamlılığı gələcəkdə də ölkənin inkişafının əsasını təşkil edəcək.

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.

Избранный
22
xalq.az

1Источники