RU

Əsəd Moskvada "təsadüfən öləcək"...

Image

10 minlərlə adamın məhv edildiyi Sedneya həbsxanası Bəşər Əsədin kimyəvi silah qətliamlarının yanında nə imiş ki?!..

Bəşərin 2011-2016-cı illər arasında 217 dəfə kimyəvi silahla kütləvi qırğın törətdiyi məlum olub... Belə bir canini sonadək himayə etməyi Putin necə bacaracaq?!

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. 

A.Quliyev daha sonra yazır:

Bəşəri cəzadan ancaq Moskvada hansısa "təsadüfi" bir ölüm xilas edə bilər. O həm də Suriyada baş vermiş və Rusiyanın da sirri sayılan bir sıra məlumatların daşıyıcısıdır. Bu sirlərin açılmaması üçün Rusiyanın Əsədi beynəlxalq cinayət ittihamına asanca təslim edəcəyini düşünmürəm. Demək...

Rusiya üçün də, Əsədin özü üçün də nisbətən ən optimal variant Əsədin Moskvada "təsadüfən ölməsidir"…

Tahir TAĞIYEV





Избранный
34
baki-xeber.com

1Источники