Nigeriyada ərzaq paylanması zamanı yaranan izdihamda 50-dən çox adam öldü
Nigeriyada müxtəlif şəhərlərdə pulsuz ərzaq paylanması zamanı yaranan izdihamda 50-dən çox insan həyatını itirib. Yeniavaz.com xəbər verir ki, Nigeriya Prezidenti Bola Tinubu qurbanların xatirəsini yad etmək üçün qarşıdakı günlərdə keçiriləcək bütün bayram tədbirlərində iştirakını ləğv edib. Faciələrin hərtərəfli araşdırılması göstərişi verilib.