Dekabrın 17-də Azərbaycan Prezidenti İ.Əliyev Rusiyanın tanınmış jurnalisti D.Kiselyova müsahibə verdi və Ermənistanla sülh müaqviləsinin imzalanması üçün ermənilərin atmalı olduqları zəruri addımları açıqladı və onları bu cür sıraladı:
-Ermənistan və Azərbaycan bir-birinə qarşı beynəlxalq instansiyalarda iddialardan imtina etməlidir,
-Ermənistan Azərbaycan sərhədləri yaxınlığında üçüncü dövlətlərin qüvvələrini yerləşdirməməlidir,
-Minsk Qrupundan de-yure imtina etməlidir, çünki münaqişə bitibdir və vasitəçilik institutuna ehtiyac yoxdur,
-Ermənistan öz konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdır,
-və nəhayət, Ermənistan tərəfi qərbi azərbaycanlıların öz yurdlarına dinc və dialoq yolu ilə qayıtmalarını qəbullanmalı və təmin etməlidir.
Bundan əlavə, İ.Əliyev Fransa, Hindistan və ABŞ tərəfindən Ermənistanın hücum silahları ilə silanlandırılmasının Azərbaycan üçün real təhlükəyə çevrildiyini və bizim də bu prosesləri kənar müşahidəçi qismində seyr etməmizin mümkün olmayacağını diqqətə çatdırdı.
Prezident Ermənistanı silahlandıran ölkələrə də xəbərdarlıq etdi ki, proses bu cür davam edəcəksə, sonradan Azərbaycana qarşı kiminsə hər hansı bir etirazı ola bilməz.
Göründüyü kimi İ.Əliyevin Ermənistanla sülh müqaviləsinin imzalanmsı üçün irəli sürdüyü şərtlər məntiqli, qanuni və erməni aqressorlarının Azərbaycan ərazilərinə və dövlətçiliyinə qarşı qəsd siyasətinin, revanşizm planlarının birdəfəlik və həmişəlik cilovlanmasına istiqamətlənmiş məcburi və alternativsiz tədbirlərdir.
Üstündən bir gün gün keçmiş, Emənistanın baş naziri N. Paşinyan, Azərbaycana “cavab verirmiş”, kimi bir hava yaratmağa baş vurub, imperiya qullarının kolxozu olan Ermənistanın “sülh müqaviləsi” ilə bağlı mövqeyini bəyan etmək niyyəti ilə “Armenpress”in jurnalistinə müsahibə vermək çabasında bulundu.
Paşinyanın düzəltdiyi müsahibə tamaşasının əsl məqsədi, məramı və nümayiş etdirdiyi aferizmin miqyasının dozası onu göstərdi ki, bu məxluqat sülhə gedən bütün cığırları xüsusi sırtıqlığınan minalamaqla məşğuldur.
Jurnalistin verdiyi ermənicə sualları Paşinyanın necə ermənicə cavablandırmasına diqqət yetirək:
“Bir-birimizə qarşı iddiaların geri çağırılmasına gəlincə, bu bizim üçün qəbulediləndir, ona görə ki, əgər sülh müqaviləsi imzalanırsa, tərəflər bir-birinə qarşı təkcə beynəlxalq müstəvidə yox, həm də öz aralarnda mübahisəli məsələlərin olmasına imkan verməməlidir. Və ümumiyyətlə, mübahisə olmamalıdır”.
İlk baxışda adama elə gələ bilər ki, Paşinyan etiraz etmir, sülh istəyir və bizim şərtlərlə razılaşır.
Ancaq bu belə deyil, o, deyir ki, sülh müqaviləsi imzalanandan sonra bu iddialar ortadan qaldırıla bilər, yəni sülh müqaviləsi imzalanana qədər biz sizə qarşı saxta iddialar qaldırmaqda davam edəcəyik, sizi etnik təmizləmə aparmaqda, soyqırım törətməkdə, humanitar böhran düzəltməkdə, guya erməni “mədəni” irsini məhv etməkdə və s. kimi uydurmalarla təhdid etməkdə davam edəcəyik.
Bundan əlavə, Azərbaycan tələb edir ki, sərhədlərimiz boyunca heç bir üçüncü dövlətin qüvvələri yerləşdirilməsin. Avropalı və kanadalı casus briqadasının indi Ermənistan ərazisində bizimlə sərhəd boyunca kəşfiyyat aparması, NATO-nun strukturlarının Ermənistan vasitəsilə bizim sərhədlərdə formalaşdırılması Azərbaycanın təhlükəsizliyinə təhdiddir və bu, ortadan qaldırılsın.
Paşinyan soyadlı bu məxluqat isə deyir ki, biz təklif edirik ki, Ermənistan – Azərbaycan arasında delimitasiya edilmiş sərhədlər boyunca üçüncü dövlətlərin qüvvələri yerləşdirilməsin, yəni razılaşdırılmamış hissələrdə Avropa və Kanada şpionları qalmaqda davam etsinlər.
Həyasızlığa baxın, guya Ermənistan ərazisində sərhəd boyunca Avropa İttifaqının və Kanadanın kəşfiyyatçılarının yerləşdirilməsində Azərbaycanın da marağı varmış və ona görə də Paşinyan təklif edir ki, gəlin o yerdən bu qüvvələri yığışdıraq ki, o yerdə biz sərhədləri delimitasiya etmişik. Sonra da əlavə edir ki, ümumiyyətlə, sərhədlər delimitasiya olunub, bitəndən sonra, üçüncü qüvvələrin yerləşdirilməsinə zərurət olmayacaq və Ermənistan bu cür məntiqi təklif edir.
Ağlı başında olan hər kəs bilir ki, sərhədlərin delimitasiyası və demarkasiyası illərlə, hətta on illərlə davam edə bilər və bu, bir aylıq, bir illik məsələ deyil. Məsələn, SSSR-nin dağılmasından 33 il keçməsinə baxmayaraq, dost Gürcüstanla Azərbaycanın 480 km-lik sərhəddinin hələ də 30%-i indiyədək razılaşdırılmayıb. Rusiya ilə sərhədlərimiz isə yalnız 2020 – ci ildə müəyyənləşdirilib, sona çata bildi.
Paşinyan da deyir ki, sərhədlər delimitasiya və demarkasiya olandan sonra, onsuz da üçüncü qüvvələrin sərhəddə qalmasına ehtiyac olmayacaq, yəni avroşpionlar on illərlə bizim sərhəddə qalmaqda davam edəcəklər.
“Minsk Qrupu həmsədrlik institutunun ləğvi ilə bağlı məsələyə necə baxırsnız?”- sualına isə, Paşinyan cavab verib ki, konstruktiv baxıram.
“Ancaq biz əmin olmalıyıq ki, Azərbaycan “Qərbi Azərbaycan” adlandırılan məsələni qaldıranda, Ermənistan ərazilərinə qarşı aqressiv siyasət aparmaq haqqında düşünmür.
Görünən odur ki, “Qərbi Azərbaycan” məsələsi haqqında söhbətlərlə rəsmi Bakı Ermənistana qarşı ərazi iddialarını gerçəkliyə çevirmək niyyətindədir.
Əgər bu belə deyilsə və biz bu məsələni yalnış anlayırıqsa və Bakı “Qərbi Azərbaycan” deyəndə Azərbaycanın qərb rayonları olan Qazaxı, Ağstafanı, Daşkəsəni, Kəlbəcəri, Qubadlını, Zəngilanı nəzərdə tutursa, ora insanların qayıtmasını planlayırsa, bu Azərbaycanın daxili işidir və burda Ermənistan hökuməti heç nəyi müzakirə edə bilməz və hərəkət edə bilməz ”.
Göründüyü kimi, özünə baş nazir deyən bu əbləh, həm danışıqlar prosesini, həm öz doğma dədə-baba yurdlarından vəhşiliklə qovulmuş yarım milyon azərbaycanlının taleyini və doğal haqqını özünün üçüncü sinif keşiş savadıynan və primitiv ağlıynan ələ salır, istehza edir.
Sən deməyəsən, Qərbi Azərbaycan məsələsi rəsmi Bakının erməni parazit fermasına qarşı sərgilədiyi ərazi iddialarıymış. Deməyəsən, Paşinyan qanmırmış və bilmirmiş ki, Qriboyedov adına erməni kolxozu rus işğalçıları tərəfindən Qərbi Azərbaycan torpaqlarında yaradılıbdır. Demə, biz Qərbi Azərbaycan deyəndə, Qazaxı, Ağstafanı, Daşkəsəni, Kəlbəcəri, Qubadlını, Zəngilanı nəzərdə tuturmuşuq və bu da Azərbaycanın daxili işiymiş.
Nətər olub da, Paşinyana indiyə qədər real tarixi təmir edən erməni kilsə canilərindən və erməni sortundan olan psevdotarixçilərdən bir kimsə minimal tarixi bilgi verib, başa salmayıbdır ki, İrəvan da, Göycə də, Dərələyəz də, Qərbi Zəngəzur da Azərbaycan əraziləridir?! Və bu ərazilər Azərbaycanın rus-bolşevik işğalına düşməsindən sonra bizdən qanunsuz olaraq qopardılıb, ermənilərə peşkəş edilibdir.
Görünür, Paşinyan Makrondan aldığı saxta cəngavərlik və “hərbi qeyrət” preparatından böyük dozalarda qəbul edib və 3 ildə 45 dəfə hərbi-siyasi nokautda olduğunu unutmağa başlayıbdır. Ancaq Nikol ayılsa, yaxşıdır. Heç bir uğurlu perspektivi olmayan Ermənistan adındakı beynəlxalq virus laboratoriyasının yaşamaq üçün tək yolu, Azərbaycanın Qılıncının altında yaşamaqdır.
Paşinyan ərz edir ki, Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yoxdur və konstitusiyanın preambulasında müstəqillik haqqında bəyannaməyə istinad edilməsinə fikir vermək lazım deyil, çünki əsas olan odur ki, konstitusiyanın heç bir maddəsində “Dağlıq Qarabağ” adı çəkilmir.
Əlavə olaraq, Paşinyan özünün qədim başıynan və “dəmir erməni məntiqi” ilə söyləyir ki, əgər bizim Azərbaycana qarşı ərazi iddiamız olsaydı, Qarabağı tərk etmiş ermənilərə qaçqın statusu verilərdimi?
Sən demə, Azərbaycanın 17 000 kv.km ərazisini işğal edib, 30 il yağmalayan və viranəyə çevirən Ermənistan deyilmiş, naməlum şər qüvvələr imiş.
Bəlkə də 2019-cu ildə Xankəndinə gəlib, “Qarabağ Ermənistandır və nöqtə” deyə ən ismətsiz notlarda bağıran Paşinyan yox, onun ana bir, dədə ayrı qardaşı adamyeyən Jan Bedel Bokasso imiş.
Bəlkə, Azərbaycanın ərazilərində işğalçı Ermənistan hərbi qüvvələrini yerləşdirən, Qarabağdakı erməni separatçılarını və terrorçularını silahlandıran və büdcəsindən maliyyələşdirən, Azərbaycanın şəhərlərini ballistik raketlərlə vurub, minlərlə dinc azərbaycanlıları qətlə yetirən Ermənistan deyilmiş, Qonduras imiş?
Erməninin insandan bir üstünlüyü vardır: erməni utanmır, qızarmır, istənilən yalanı və uydurmanı ən ismətsiz bir variantda danışa bilir, tirajlaya bilir. Bütün dünya xalqlarının ideologiyası qəhrəmanlıq, cəngavərlik, döyüşkənlik ruhunda əfsanələşdirilibsə, erməni özünə “zorlanmış xalq” ideologiyasını milli-mənəvi sistem kimi qəbul edib, illərdir bu biabırçılığı beyinlərə pərçimləməyə çalışır və bunun əvəzində Azərbaycandan və Türkiyədən torpaq qoparmaq istəyir.
Ermənistan dörd ildir fəaliyyəti olmayan iflic olmuş Minsk Qrupu adlı “vasitəçi”dən hələ də imtina etmək istəmirsə, deməkdir ki, erməni tərəfi münaqişənin bitmədiyini və Azərbaycana qarşı ərazi iddialarının qalmaqda davam etdiyini və üçüncü qüvvənin hakimliyinə ehtiyac olduğunu iddia edir.
Ermənistan bu gün də hücum silahları ilə silahlanmaqda davam edirsə, sülhə gedən yolları var gücü ilə minalayırsa, Azərbaycana və Türkiyəyə qarşı şərləmə kompaniyasını durdurmaq əvəzinə, gücləndirib-körükləyirsə, deməkdir ki, ilan ildə dörd dəfə dərisini dəyişsə də, xislətini dəyişmir!
Mehman İsmayılov