RU

“Mən 60-ın 40-a nisbətində “Qarabağ”ı şanslı görürəm” – div oyun ərəfəsində proqnoz

Bu gün saat 16.30-da “Qarabağ” “Tofiq Bəhramov”da “Araz-Naxçıvan”ı qəbul edəcək. Liderlə ən yaxın izləyicisinin mübarizəsinə maraq yetərincə böyükdü.

“Qırmızı-ağlar”ın cari mövsümün əvvəlindən davam edən məğlubiyyətsiz oyunlar seriyasını yalnız ötən tur “Sabah” qırdı. Eləcə də naxçıvanlılar ilk turda “köhlən atlar”la dueldən məğlub ayrılıb. Elmar Baxşıyevin komandası bu gün qalib gələcəyi təqdirdə liderlə fərqi 2 xala endirəcək.

Çempionatda intriqanın canlanması üçün “Araz-Naxçıvan”ın “Qarabağ”ı məğlub etməsi daha yaxşı olmazmı?

Yığmanın sabiq məşqçisi Arif Əsədov “Football-plus.az”ın sualını belə cavabladı:

“Turun mərkəzi oyunu bu olacaq. “Araz-Naxçıvan”ın builki çıxışı hamının belə düşünməsi üçün əsas verir. Turnir cədvəlində 1-2-ci yerlərdədilər, xal fərqi də çox deyil. O baxımdan maraqlı oyun olacaq. “Araz-Naxçıvan”ın qalib gəlmək şansı da var. Düşünürəm ki, hər cür nəticə gözləniləndi. Qələbə “qırmızı-ağlar”ı “Qarabağ”a yaxınlaşdıracaq. Qış fasiləsindən sonra birincilik uğrunda “Qarabağ”la mübarizə aparacaq real namizəd “Araz-Naxçıvan” ola bilər. Mən 60-ın 40-a nisbətində “Qarabağ”ı şanslı görürəm. Amma bu oyunda heç-heçə də ola bilər. “Qarabağ”da yorğunluq var, 3 gün əvvəl “Şamaxı” ilə oyuna çıxıb. Burda süni meydandan təbiiyə keçmək, həm də zədə problemləri var. Bunlar da Ağdam klubu üçün mənfi əlamətlərdi. Amma bütün bunları kənara qoyub maraqlı oyun keçəcəyini düşünürəm”.

RÖYANƏ OĞUZ
Избранный
26
football-plus.az

1Источники