RU

Sənədsiz evlərin tükənməyən dərdi:MİNLƏRLƏ İNSANIN AQİBƏTİ NECƏ OLACAQ?

Sakinlər Baku TV-nin “qaynar xətt”inə kanalizasiya problemlərinin işıqlandırılması üçün müraciət edirlər.

 

Qeyd edək ki, paytaxtın 2040-cı ilədək inkişafına dair Baş planı təsdiq edilib. Plana uyğun olaraq, hazırda Bakı əhalisinin təqribən 72 faizi mərkəzləşdirilmiş kanalizasiya sistemi xidmətlərindən istifadə edə bilir. Yəni şəhərin mərkəzi hissəsi kanalizasiya sistemi ilə tam, Binəqədi, Sabunçu, Suraxanı, Qaradağ, Xəzər rayonlarının qəsəbələri isə qismən təmin olunub. Mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemi mövcud olmayan ərazilərdə sistemin qurulması üçün layihə sənədləri hazırlanıb.

 

Buna kimi isə sakinlər ciddi problemlərlə qarşı-qarşıya qalırlar. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu deyir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinə görə, əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması qadağandır.

 

"Ümumiyyətlə, hər hansı təchizata qoşulmaq üçün sənədlər tələb olunur. "ASAN kommunal"da həmin sənədlərin dəqiqliyi müəyyənləşəndən sonra əgər ərazidə 30 metrdən uzaq olmayaraq hər hansı şəbəkə varsa, həmin abonentin o şəbəkəyə qoşulması təmin olunur".

 

Daha ətraflı videomaterialda:

Избранный
2
15
senzor.az

10Источники