Rusiya hücum edəndə Berlin müharibə apara bilməlidir. Əks halda ölkə məğlubiyyətə uğrayacaq.
Paralel.az xəbər verir k, bunu Almaniya müdafiə naziri Boris Pistorius deyib.
“Çox açıq şəkildə çatdırmaq istədiyim mesaj budur: əgər Putin hücum edərsə, biz müharibə apara bilmək vəziyyətində olmalıyıq. Bu, müdafiə müharibəsi olardı, amma müharibə olardı. Biz bu müharibəni apara bilməsək, uduzacağıq”, - Pistorius bildirib.
Onun sözlərinə görə, Almaniya müdafiədəki boşluqları doldurmaq üçün ildə 90 milyard avro xərcləməlidir.(axar.az)