RU

Gürcüstanda Baş nazir PREZİDENTİ HƏBSLƏ HƏDƏLƏDİ

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Prezident Salome Zurabişviliyə yeni parlament seçkilərinin təyin olunması ideyası ilə bağlı xəbərdarlıq edib. Əks halda Zurabişvili cinayət məsuliyyətinə cəlb olunacaq.

Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze brifinqdə danışıb.

Baş nazir deyib ki, şənbə günü Zurabişvili parlament seçkiləri təyin etmək niyyəti ilə müxalifət və QHT nümayəndələri ilə görüşüb.

Kobaxidzenin sözlərinə görə, Gürcüstanda mövcud qanunvericiliyə əsasən, parlament seçkiləri üç halda təyin edilir: təkrar seçkilər, Mərkəzi Seçki Komissiyası və ya Konstitusiya Məhkəməsi əvvəlki seçkilərin nəticələrini ləğv etdikdə, dörd illik səlahiyyət müddəti başa çatanda və ya parlament hökumətə etimad göstərmədikdə.

Baş nazir vurğulayıb ki, əgər Prezident buna baxmayaraq, başqa səbəbə görə yeni parlament seçkiləri təyin etmək qərarına gəlsə, o, buna görə cinayət məsuliyyətinə cəlb olunacaq.

Избранный
9
5
korrespondent.az

6Источники